Gümrüdəki bazanın sabiq rəhbəri tarixi faktları açıqlayır: "1994-cü ildə Rusiya olmasaydı, Qarabağ erməninin olmayacaqdı. Rusiya olmasaydı, ümumiyyətlə Ermənistan olmayacaqdı”

29-07-2020, 12:36           
 Gümrüdəki bazanın sabiq rəhbəri tarixi faktları açıqlayır: "1994-cü ildə Rusiya olmasaydı, Qarabağ erməninin olmayacaqdı. Rusiya olmasaydı, ümumiyyətlə Ermənistan olmayacaqdı”
Rusiyanın Ermənistandakı 102-ci bazasının keçmiş rəhbəri Andrey Ruzinskinin Qarabağ müharibəsi zamanı xidmətləriylə bağlı xatirələrini əks etdirən və Rusiya mediasında ötən il yayılan fikirləri sosial şəbəkələrdə yenidən trendə çevrilib.

Axar.az Ruzinski məşhur açıqlamasını təqdim edir:

“Mən Qarabağda xidmət etmişəm. Bizim hissələr ermənilərin tərəfində döyüşürdü. Bu əclaflar bizim kürəyimiz arxasında gizlənirdilər. Azərbaycanlılar uzaqda görünən kimi dərhal silahı atıb, geriyə qaçırdılar. Nəyisə tutan kimi qaçıb, qışqırırdılar ki, erməni torpağını “dəmir aşotların” hesabına azad etmişik.

Xidmət bitdi, doğma Stavropola qayıtdım. Biz orada onların yerinə vuruşduğumuz zaman onların burada sahiblik edib, Ermənistanın böyüklüyü haqqında bağırdıqlarını gördüm”.

Ruzinski həmçinin erməniləri qorxaq da adlandırıb:

“Onlar qorxaqdırlar. Ermənilərin qəhrəmanlığı haqqında özlərinin nə danışdıqlarını bilmirəm. 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ erməninin olmayacaqdı. Rusiya olmasaydı, ümumiyyətlə Ermənistan olmayacaqdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru