Pandemiyaya dövlət dəstəyindən qazanan hansı oliqarxlardır?
31-07-2020, 00:06
Pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı büdcədən ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manatı bu ilin 6 ayı ərzində xərclənib. Maliyyə nazirliyinin açıqlamasına görə, dövlət dəstəyi tədbirləri çərçivəsində AZAL-a 86 mln. 900 min vəsait köçürülüb, “Bakı Metropoliteni”nə isə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib. Teref.az yazır ki, bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu məqaləsində yazıb. Bütövlükdə 89 milyon 500 min manatın hara xərclənməsi açıqlanıb. Xərclənən digər 28,5 milyon manatın hansı şirkətlər arasında bölüşdürülməsinə dair məlumatlar əlçatan deyildir. Odur ki, maliyyə nazirliyi bu məlumatı dərc etməlidir. Yayılan məlumatlara görə gizlədilən vəsait oliqarxların şirkətlərinə ötürülür. Qubad İbadoğlu Teref.az