Milli Şurada dava düşüb?

16-01-2016, 20:50           


Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin bu gün keçirilən iclasında AXCP sədri Əli Kərimli ilə qurumun üzvü, vəkil Qurban Məmmədov arasında qalmaqal yaşanıb. Bu barədə AzVision.az-a MŞ-dakı mənbə məlumat verib.

Mənbə bildirib ki, hələ ötən ilin dekabrından başlayaraq, MŞ-da narazılıq üzə çıxıb. Səbəb mitinqlərin təşkililə bağlı olub. Bu gün keçiriliən iclasda Əli Kərimli ilə Qurban Məmmədov arasında gərginlik mübahisə, sonra isə qalmaqala çevrilib.

Qurban Məmmədov deyib ki, regionlarda keçirilən aksiyalara dəstək vermək lazımdır. Əli Kərimli isə razılaşmayaraq, mitinqlərin keçirilməsinə məhz paytaxtdan başlamaq lazım olduğunu bildiirb. Məsələ ətrafında ciddi mübahisələrdən sonra Qurban Məmmədov iclası tərk edib.

Xəbəri verən mənbə iddia edib ki, hazırda onun MŞ-da qalıb-qalmaması məsələsi sual altındadır.

Qurban Məmmədov özü AzVision.az-a açıqlamasında Əli Kərimli ilə yaşanan qalmaqalı təkzib edib: “Bəli, iclasda qeyd olunan məsələlər müzakirə olunub. Ancaq, dediyiniz həddə qədər yüksəlməyib. Belə bir şey yoxdur. Bizim Əli bəylə taleyimiz, yolumuz birdir”.

MŞ üzvü Eldəniz Quliyev isə qurumda fikir ayrılıqlarının hər zaman olduğunu vurğulayb: “Aramızda fikir ayrılıqlarının olması qurumun özülünün möhkəmliyindən xəbər verir. Yəni, mən belə hesab edirəm. Milli Şurada fikir ayrılıqlarına normal yanaşılır. Bu baxımdan fikir ayrılıqları həmişə olub”.

Ə.Kərimli ilə Q.Məmmədov arasında yaşanan ixtilafdan xəbərsiz olduğunu deyən E.Quliyev eyni zamanda bildirib ki, bu gün keçirilən iclasda mitinqlərin keçirilməsilə bağlı məsələ müzakirə edilib: `Biz aktiv şəkildə mitinqlərə hazırlaşırıq. Yaxın günlərdə bu barədə qərarımızı açıqlayacağıq`.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.