Deputat: Prezidentin tapşırıqları qeyd-şərtsiz yerinə yetirilməlidir

18-01-2016, 09:31           
Deputat: Prezidentin tapşırıqları qeyd-şərtsiz yerinə yetirilməlidir
Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq çox doğru bir qərardır. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, heç bir halda çörəyin qiyməti dəyişməməlidir: “Biz Prezident İlham Əliyevin bu tapşırığını dəstəkləyirik. Çox doğru bir qərardır. Çörəyin qiyməti dəyişməməlidir. Bu sahəyə rəhbərlik edən şəxslər düşünməli və dövlət başçısının göstərişini qeyd-şərtsiz yerinə yetirməlidirlər. Çörək istehsalı ilə məşğul olan şəxslər çox pul qazanmaq niyyətlərindən əl çəkməli, xalqın, dövlətin yanında olmalıdırlar”.

F.İbrahimli bildirib ki, bu gün dünyada gedən böhran Azərbaycana da təsir edib: “Yaranmış vəziyyətdən biz uğurla çıxmalıyıq. Neftin qiymətinin azalması və manatın devalvasiyası müəyyən məsələlərə yenidən baxmağı tələb edir. Dövlətini, xalqını sevən hər kəs bu vəziyyətdə bir araya gəlməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.