«20 Yanvar gecəsi Azərbaycan tarixinə qəhrəmalıq salnaməsi yazıldı» - Hacı Surxay
18-01-2016, 12:07
teref.az - Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 yanvar hadisələrinin 26-cı ildönümü ölkəmizin hər yerində olduğu kimi o cümlədən də dini inanc yerlərimiz olan məscidlərimizdə də qeyd olunur. teref.az xəbər verir ki, belə dini mərkəzlərdən biri İçəri şəhər «Cümə» məscididir. İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli faciənin ildönümü ilə bağlı bildirmişdir:
« Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 yanvar şəhidləri tək Azərbaycanın deyil həmdə islam aləminin şəhidləri kimi tanınmalıdır. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin faciədə şəhid olanlar müsəlman və İslam tarixinin ən böyük faciəsi olan Kərbəla faciəsinin sultanı imam Hüseyn(ə)ın məktəbindən dərs almış qəhrəmanlar idilər.
Hər bir millətin tarixində həm faciəvi məqamlar həmdə qəhrəmanlıq səhifələri olub. Çox nadir hallarda bu iki məqam üst üstə düşür. 20 yanvar gecəsi Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmalıq salnaməsi yazıldı. Azərbaycan xalqı qorxmaz, mətin və iradəli xalq kimi bütün dünyaya öz şəhidləri və igidləri ilə tanındı. Ümid edirəm ki, şəhidlərimizdən qəhrəmanlıq dərsi alan Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edildiyi vaxt bir daha öz qəhrəmanlığını göstərərək birdaha azad və sağlam cəmiyyətkimi tanınacaq.
İçəri şəhər “Cümə” məscidi dini icması adından Azərbaycan xalqına şəhid ailələrinə və dünya müsəlmanlarına 20 yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq başsağlığı deyirik və bütün şəhidlərimizə Allahdan rəhmət ailələrinə səbr diləyirik.
20 yanvar faciəsinin ildönümü ilə əlaqədar icma üzvləri və digər mömin qardaşlarımız Şəhidlərimizin əziz ruhlarına ehtiram olaraq Şəhidlər Xiyabanına ziyarətə gediləcək və İçəri Şəhər "Cümə" məscidində ehsan süfrəsi təşkil olunacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin…