Sergey Markedonov: "Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davrandı"

21-11-2020, 22:15           
Sergey Markedonov:
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş tədqiqatçısı Sergey Markedonov altı həftəlik müharibənin Cənubi Qafqazda status-kvo baxımından zəlzələyə bərabər olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, o, bu münaqişənin regiondakı digər postsovet münaqişələrindən fərqləndiyini deyib. Markedonovun fikrincə, Cənubi Qafqazdakı münaqişələr 1993-94-cü illərdə əldə olunan status-kvodan bəri etnosiyasi münaqişələrdən geosiyasi münaqişələrə çevrilib.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi üç ölkə arasında atəşkəs anlaşması nəticəsində baş tutub.
“Belə ki, məsələn, 10-15 ildən sonra təkcə Tbilisi və Sxumi və ya Tbilisi ilə Moskva arasında deyil, NATO ilə Rusiya və Vaşinqton və ya Brüssellə Moskva arasında problemlər olub”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi bu baxımdan digərlərindən fərqlənir, çünki burada geosiyasi qarşıdurmalar yoxdur. Yəni tərəflərdən heç biri təkcə bir geosiyasi istiqamətə yönəlmir: “Məsələn, ermənilər təkcə Rusiya tərəfdarı, azərbaycanlılar isə anti-Rusiya və Qərb tərəfdarı deyil”.

Markedonov əlavə edib ki, Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davranıb və mövqeyini açıq bildirməyib:

“Rusiya bu vəziyyətdən yararlanır. Belə ki, hər iki tərəf Rusiyanı etibarlı vasitəçi olaraq görür. Ona görə də Rusiyanın hər hansı seçim etməsi mümkün deyildi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru