Qorqud partiyasının bəyənatı

26-11-2020, 16:46           
Qorqud partiyasının bəyənatı
Dünən Fransa senatı, Fransa hakimiyyətini, qondarma Dağlıq Qarabağın separatçı rejimini tanımağa çağıran qətnamə qəbul etdi. Beynəlxalq hüquqa zidd olan bu qətnamə, özünü demokratik dövlət kimi təqdim edən Fransanı, beynəlxalq hüquqdan və haqq-ədalətdən uzaq olan senatorların yönəltməsi deməkdir.
Bütün dünya bilir ki, fransızlar 1830-cu illərdən 1962-ci illər ərzində Əlcəzairdə milyona yaxın əlcəzairliyə qarşı soyqırım həyata keçirmişlər. 1994-cü ildə Ruandada onlar yenə milyona yaxın əhalinin qətlində iştirak etmişlər. Ümumiyyətlə bu xalq ikinci dünya müharibəsindən sonra müstəqillik istəyən iki milyona yaxın afrikalıya qarşı soyqırım törətmişlər. Bu gün, əli milyonlarla günahsız insanın qanına batmış bu qatillər ölkəsi, Azərbaycanın daxili işinə qarışır, ərazimizin daxilində separatçı Dağlıq Qarabağ rejimini tanımaq fikrinə düşmüşdür. Bunun da səbəbi, bu günkü Fransa parlamentinə, əsli-kökü və dövlətçilik məsuliyyəti olmayan təsadüfi senatorların yol tapmasıdır.
19-cu əsrə qədər Fransada senatorları perlər əvəz edirdi ki, onlar tarixindən, yaradılışından xəbəri olan əsilzadələr, zadəganlar nəslinə mənsub idilər. Perlərin varisləri olan indiki senatorlar isə ümumiyyətlə Fransa sözünün mənasını dərk etməyən insanlardır. Biz bu təsadüfi insanlara bildirmək istərdik ki, bu ölkənin təməlini - e.ə. 3-cü minillikdə Şərqdən, yəni Albaniyadan gələn Gel oğulları qoymuşlar. Bütün Avropa tarixini yazan bu Gel oğulları, Gelatın pir-bəgləri avropalılara - "Quş dili" bilən Qulyardlar, qallar, keltlər və s. kimi tanışdır. Fransa, Paris adları da firon, yəni pir deməkdir. Qədim Fransa parlamentini 12 per təmsil edirdi ki, bu 12 müqəddəs mənasında 12 Azəri piri demək idi. Biz təbii ki bütün Avropanın keçmişinə, krallar, masonlar tarixinə elmi izah verə bilərik və bu haqda da yazmışıq. Bütün qədim yazılar rəmzlərlə, yəni Süleyman şahın "Quş dili"ndə yazılmışdır ki, bu dili də yalnız şahlar nəsli, yəni Azərilər, Gel oğulları anlaya bilərlər. İdiki Fransa senatının heç bir üzvü, Avropanı bu gün idarə edənlər bunları anlaya bilməz.
Bütün bunlarla bağlı Qorqud partiyası bəyan edir:
1. Təklif edirik ki, Azərbaycan Milli Məclisi, Fransa senatının qətnaməsinə cavab olaraq, bu ölkənin Əlcəzairdə, Ruandada və ümumiyyətlə Afrikada törətdiyi cinayətləri, bu xalqlara qarşı soyqırım kimi tanısın.
2. Fransa senatına məsləhət görülsün ki, öz tarixini, keçmişini yaxşı araşdırsın və Azərbaycanın Gel oğullarının min illər əvvəl Fransa üçün qoyub getdiyi tarixi, haqq-ədalət, dövlətçilik prinsiplərini öyrənsin.

Qorqud partiyasının sədri: Firudin Kərimov (Firudin Gilar Bəg)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.