Netanyahudan gözlənilməz qərar – Qahirədə Sisi ilə görüş

30-11-2020, 23:51           
Netanyahudan gözlənilməz qərar –
İsrail Baş naziri Binyamin Netanyahunun Misir səfəri önümüzdəki həftələrdə baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Maari” qəzeti məlumat yayıb.

Qəzet İsrail Baş naziri Binyamin Netanyahunun rəsmi səfəri çərçivəsində Misirə gedəcəyi və Prezident Əbdülfəttah əs-Sisi ilə görüşəcəyini bildirib.

Paytaxt Qahirədə baş tutacaq görüşdə iki ölkə arasındakı iqtisadi layihələrin və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələrin aparılacağı vurğulanıb.

İsrail və Misirdən bu xəbərlə əlaqədar hər hansı bir rəsmi açıqlama verilməyib.

Misir və İsrail 1979-cu ildə sülh müqaviləsi imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru