“Azərbaycanla diplomatik əlaqələr qurmaq lazımdır” - Erməni deputat

8-12-2020, 18:51           
“Azərbaycanla diplomatik əlaqələr qurmaq lazımdır” - Erməni deputat
Dürüst olmaq, Qarabağ müharibəsindəki məğlubiyyəti tam və məsuliyyətlə qəbul etmək lazımdır.

Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan bu gün parlamentin iclasında çıxış edərkən deyib.
“Biz döyüş meydanında, həm mənəvi, həm də psixoloji olaraq məğlub olduq. Bu vəziyyətdən ən qısa müddətdə çıxmaq lazımdır. Qalib gələn tərəflə nə qədər çətin olsa da, dialoqa başlamağa çalışmaq lazımdır. Azərbaycanla diplomatik münasibətlərin qurulması gözlənilən perspektivləri dəyişdirə bilər”, - Koçaryan əlavə edib.

Onun sözlərinə görə, diplomatiya bütün iqtisadi, hərbi, mənəvi- psixoloji risklərin qiymətləndirilməsinə əsaslanmalıdır: “Ermənistanın təhlükəsizlik və müdafiə problemlərinin effektiv həlli iqtisadi inkişaf və islahatlar üçün əsas olacaqdır. İqtisadi siyasət ordunun islahatı və təhlükəsizliyin yaradılması ətrafında qurula bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.