Erməni deputat: Azərbaycan hərbçiləri Vardenis restoranlarından birində nahar ediblər

9-12-2020, 00:21           
Erməni deputat: Azərbaycan hərbçiləri Vardenis restoranlarından birində nahar ediblər
Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq.

Teref.az “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili İveta Tonoyan Milli Məclisdə “Parlament saatı”nın gedişində deyib.

Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər.

“Əlbəttə ki, Milli Təhlükəsizlik Xidməti özünəməxsus tərzdə bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın bu təkzibinin, xüsusən də bizim üçün, nədən ibarət olduğunu gördük”, – deyə İ.Tonoyan vurğulayıb.Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru