Baş yepiskop Ajapayan: "Paşinyanın hakimiyyətdə qalması hər günü bizi uçuruma aparır"

20-12-2020, 12:11           
Baş yepiskop Ajapayan: "Paşinyanın hakimiyyətdə qalması hər günü bizi uçuruma aparır"
“Vətənimizin bütövlüyünün pozulmasına cavabdeh olan şəxs oranı tərk etməli və belimizi düzəltməyimiz üçün bir fürsət yaratmalıdır. Bu gün düşmən Syunik sərhədlərinə çatdı. Addım-addım torpağımıza girərək qarış-qarış hesabladı, ancaq bizə bir millimetr də torpaq verməyəcəklərini söyləyirlər. Qəbul etmək üçün başqa nə qaldı?”

KONKRET.az xəbər verir ki, bu sözləri Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının lideri arxiyepiskop Mikael Ajapayan deyib. O əlavə edib ki, bu gün kədər uçurumuna qərq olduq.

“Lakin uçurumdan çıxmaq üçün baxışlarımızı yuxarıya doğru düzəltməliyik. Bütün bunlarda əsas günahkar və məsuliyyət daşıyan bir insan var. Yeni insanlara, vətənpərvər və torpaqlarımızın hər qarışı üçün özünü sözdə deyil, əməldə qurban verməyə hazır olan yeni simalara yol verməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.