"26 il öncə başqasının ölkəsinə girib, ağalıq edirdiniz" - Paşinyanın dostu

21-12-2020, 09:40           
"26 il öncə başqasının ölkəsinə girib, ağalıq edirdiniz" - Paşinyanın dostu
“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”.

“Report” xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb.

Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlayıb.

Qeyd edək ki, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan Ermənistan baş nazir Nikol Paşinyanın yaxın dostudur. Mətbəə, reklam agentliyi, dizayn-studiya və s. xidmətlər göstərən “Antares” baş nazirin bütün poster, buklet və reklam məhsullarının istehsalçısıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru