Ermənilər Ermənistandan çox, Azərbaycana inanır - Martirosyan

21-12-2020, 10:22           
Ermənilər Ermənistandan çox, Azərbaycana inanır - Martirosyan
Ermənistanda insanlar yerli mənbələrdən olan informasiyaya inanmağı dayandırır və Azərbaycanla Rusiya KİV-lərinin xəbərlərinə daha çox güvənirlər.

Teref.az xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyan deyib.

"Dövlət idarəçiliyi sistemində kollaps çoxlu siyasi qüvvələrin fəaliyyəti ilə müşayiət edilir. Bütün bunlar ölkəni fəlakətə aparır. Bu fonda erməni ictimaiyyətinin N hissəsi Azərbaycan informasiyasına inanmağa başlayır və bu tendensiya zamanla dərinləşir. Əsas səbəb dövlət aparatının informasiya kollapsıdır. Hansı ki bizim vətəndaşlar ən yaxşı halda gecikmiş informasiya əldə edirlər" - deyə o bildirib.

Martirosyan təhlükəsizliyin təminatı üçün bu gün Ermənistan dövlətinin öz prioritet funksiyalarını icra etmədiyini və nəticədə hər şeyin xaosa doğru apardığını söyləyib.(axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru