Xocalı qatili Balasanyan: “Artsax rəhbərliyi əraziləri geri qaytarmaq niyyətindədir”

27-12-2020, 05:01           
Xocalı qatili Balasanyan:
Bu gün Xocalı qatili, cinayətkar Araik rejiminin təhlükəsizlik şurasının katibi, general Vitali Balasanyanın Ermənistan İctimai televiziyasına müsahibəsindən bəzi fraqmentlər təqdim olunub.

Məlumatda deyilir ki, qatil generalın tam müsahibəsi 28 dekabrda nümayiş etdiriləcək. Bu gün yayımlanan hissədə Balasanyan Dağlıq Qarabağın ərazi bütövlüyünü təmin edəcəklərini deyib:

”Xalqımızı əmin etmək istəyirəm ki, sərhədlər dəqiqləşdiriləcək, Artsaxın statusu müəyyən olunacaq və Əsgəran, Hadrut rayonları və digər ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında qalmayacaq. Biz bu əraziləri qaytaracağıq. Xalqımızı bu işi görəcəyimizə inandırmaq istəyirəm. Əlbəttə ki, hərbi əməliyyatlar zamanı qələbələr və məğlubiyyətlər olur. Biz uduzmamışıq, diz çökməmişik. Azərbaycan indi hansı vəziyyətdədir və hansı vəziyyətdə olacağını indidən demək istəmirəm, biz ki, öz tərəfimizdən bunu müşahidə edirik”.

Məğlub erməni generalının təsəlli xatirinə, təbliğat baxımından çıxış etdiyi aydın məsələdir. Amma, burda bəzi məqamlardan, xüsusilə statusdan, erməni tərəfin tez-tez danışmasına səbəb bizim heç bir rəsmi reaksiyanın indiyədək olmaması ilə bağlıdır. Ermənini ürəkləndirən Rusiya Silahlı Qüvvələrinin Qarabağda cinayətkar rejimlə dostluq münasibətləri və Qarabağda baş verən anti Azərbaycan hərəkət və hadislərə bizim rəsmi və ciddi reaksiyanın olmaması ilə bağlıdır. Güman edirik ki, cinayətkar generalın cavabı uyğun strukturlar tərəfindən veriləcək.moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru