“Onlar daim nəfəsimizi kürəklərində hiss etməlidirlər” – “Xam xəyallara qapılmamaq üçün...”

28-12-2020, 09:19           
“Onlar daim nəfəsimizi kürəklərində hiss etməlidirlər” –
Telman Nüsrətoğlu: “Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan başqa yolu yoxdur”

8 noyabr zəfəri ilə AzərbaycanınErmənistan üzərində tarixi zəfər əldə etdiyi birmənalıdır. Bəs bu qalibiyyətdənsonra erməni təhlükəsini tam ortadan qalxmış hesab etmək olarmı? Yoxsa bundansonra da daim ayıq-sayıqlıq sərgiləməli, erməni iddiaları və təxribatları iləmübarizəyə hazır olmalıyıq?

Moderator.az-a açıqlama verən Türk-İslam AraşdırmalarıMərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu hesab edir ki, Azərbaycanermənilərin yeni təxribatlarına önləmək üçün daim güclü qalmalı, onları daim nəzarətdəsaxlamlıdır:

“Heç şübhəsiz ki, qəhrəmanAzərbaycan ordusu Ermənistana ağır bir məğlubiyyət yaşadaraq Şuşa da daxil,torpaqlarımızın böyük bölümünü işğaldan azad etdi. Erməni ordusu və siyasəti darmadağınolaraq ciddi böhran yaşayır. Zatən xarici hərbi yardım olmadan Ermənistanın nədemoqrafiq, nə iqtisadi, nə də hərbi olaraq Azərbaycanın qarşısında durmaqimkanı yox idi və dura da bilmədi. Biz bilirik ki Azərbaycan ordusu Xankəndininqapısına dayanmışdı . Paşinyanın da ifadə etdiyi kimi, əgər anlaşmanıimzalamağa iki gün də geciksəydilər, 20 minlik erməni ordusu əsir düşəcək və Xankəndidə daxil, ermənilərin yaşadığı yerlər də Azərbaycan ordusunun nəzarətinə keçəcəkdi.

Rusiyanın CənubiQafqazdakı varlığı tarix boyu bir şəkildə erməni varlığıyla da bağlı olduğuüçün Moskva hərəkətə keçərək Ermənistanı, Qarabağdakı separatçı rejimi tam yoxolmaqdan qorudu. Ancaq gec-tez Azərbaycanın suveren hüququ bütün Qarabağda təminediləcək. Bundan sonra daha həssas hesablamalar, hərbi diplomatik həmlələrləmübarizəmizə davam edəcəyik. Erməni silahlı gücünü böyük ölçüdə məhv etmişik, ammaarxasındakı güclərlə hesablaşmamız, mübarizəmiz davam edir. Türkiyə-Azərbaycanbirliyi artıq Cənubi Qafqazın strateji istiqamətini müəyyənləşdirəcək gücdədir.Regionda ticarət yollarının, kommunikasiyaların, dəhlizlərin açılması,iqtisadiyyatın canlandırılması kimi böyük proyektlər var. İlham Əliyev vəƏrdoğanın ortaq altılı Qafqaz əməkdaşlığı təklifi var. Ermənistanın Azərbaycanvə Türkiyə ilə normal münasibətlər qurmaq, düşmənçilikdən vaz keçməkdən başqa yoluyoxdur. Bunu artıq Paşinyan da, bəzi erməni ziyalılar da anlayır və ifadə edir.Rusiya da erməni maraqlarına görə Azərbaycanın suverenliyinə qarşı addım atmaz,Türkiyə- Azərbaycan gücüylə uzlaşma və dialoqdan yana bir siyasət izləyəcək. Ancaqunutmamalıyıq ki, kilsə, diaspora və daşnaq mərkəzlər erməniləri uyduma tarixyalanları, şovinist təbliğatla çox zəhərləyib. Türk düşmənliyindən bəslənən birsiyasət və cəmiyyət reallığı var. Biz bu regionda hərbi, iqtisadi, kəşfiyyatmüstəvisində həmişə güclü olmalıyıq ki, ermənilər bir daha işğalçı xəyallaraqapılmaslnlar, nəfəsimizi kürəklərində hiss etsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.