"İlham Əliyev Heydər Əliyevin layiqli oğlu və siyasi varisi olduğunu sübut etdi" - Rusiyalı deputat

21-01-2021, 12:43           
"İlham Əliyev Heydər Əliyevin layiqli oğlu və siyasi varisi olduğunu sübut etdi" - Rusiyalı deputat
“Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinin ona müraciəti nəzərə alaraq və daha çox insanın ölməməsi, eləcə də digər humanitar səbəblərə görə silahlı qüvvələrin Dağlıq Qarabağa daha dərin irəliləməsini dayandıraraq böyük cəsarət göstərdi. Buna görə də İlham Heydəroviç Əliyev, şübhəsiz ki, böyük siyasətçi, müasir Azərbaycanın qurucusu Heydər Əliyeviç Əliyevin layiqli oğlu olduğunu sübut etdi. Bu pafosdan uzaq, minlərlə insanın həyatını xilas etməyə imkan verən çətin, lakin çox müdrik bir qərar idi”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutski yanvarın 20-də keçirilən onlayn brifinq zamanı söyləyib. Millət vəkili bölgə iqtisadiyyatının bərpasının vacibliyini bildirib. O əlavə edib ki, “Rusiya, Azərbaycan və Ermənistan parlamentləri də öz səylərini birləşdirməli, iqtisadi və mədəni əlaqələrin bərpası üçün yeni yollar axtarmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.