ABŞ-ın yeni administrasiyası Rusiya ilə silah müqaviləsinin müddətini uzatmaq niyyətindədir

22-01-2021, 05:03           
ABŞ-ın yeni administrasiyası Rusiya ilə silah müqaviləsinin müddətini uzatmaq niyyətindədir
ABŞ-da Demokrat Cozef Baydenin rəhbərlik etdiyi yeni Vaşinqton administrasiyası Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər barədə müqavilənin müddətini beş il uzatmaq istəyir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post”a özəl mənbədən bildirilib.

“START (Strategic Arms Reduction Treaty) ABŞ-ın milli təhlükəsizliyinin mənafeyinə uyğundur və Rusiya Federasiyası ilə münasibətlərin ziddiyyətli olduğu vaxtda daha da məntiqlidir”, - deyə yüksək çinli bir amerikalı məmur qəzetə bildirib.

Eyni zamanda, amerikalı rəsmilərin fikrincə, Vaşinqton administrasiyasının yeni rəhbəri Soyuq Müharibə bitəndən bəri bir çox ABŞ prezidentinin ənənəsinə zidd olaraq, Moskva ilə ikitərəfli münasibətləri “yeniləmək” fikrində deyil.

“The Washington Post” yazır ki, Bayden ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heynsin yaxın zamanda onun üçün Rusiyanın ABŞ-dakı 2020 seçkilərinə ehtimal olunan müdaxiləsi, Aleksey Navalnı ilə bağlı vəziyyət, Rusiyanın Əfqanıstanda Qərb koalisiyasının hərbi qulluqçularına qarşı hücumlara görə muzdlu döyüşçülərə pul mükafatı ödəməyə hazır olması, eləcə də bu yaxınlarda Amerikanın hökumət obyektlərinə edilmiş kiberhücumlarla bağlı tam dəyərləndirmələr aparılmasını istəmək niyyətindədir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.