Rusiyaya qadağa nəyi dəyişəcək? - “AŞ PA böyük siyasi oyun meydançası deyil”

26-01-2021, 17:08           
 Rusiyaya qadağa nəyi dəyişəcək? -
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib.

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin başçısı, nümayəndə heyətinin üzvü Leonid Slutski bildirib ki, AŞPA rusiyalı nümayəndə heyətinin səlahiyyətini bütövlükdə təsdiqləməzsə, onlar Strasburqu tərk edəcəklər. AŞPA-da Rusiyaya qarşı sanksiyanlın tətbiq edilməsi təklifini Ukrayna irəli sürüb.

Ukrayna nümayəndə heyətinin rəhbəri Maria Mezentseva bildirib ki, Rusiya Avropa Şurası Xartiyasının üzv ölkənin öz vətəndaşlarına təməl hüquq və azadlıqların qorunmasına zəmanət verən 5-ci maddəsini pozur.

Ukrayna nümayəndə heyəti Krımda və Sevostopolda yaşayan tatarlarının hüquqlarının Rusiya tərəfindən pozulması ilə bağlı məsələni iclasın gündəliyinə daxil etdirə bilib.

Lakin Estoniyadan olan deputatlar müxalifət lideri Aleksey Navalnının zəhərtlənməsi və həbsi məsələsini müzakirəyə çıxartmağı daha vacib hesab edib.

"Navalny işi" Rusiyada insan haqları ilə bağlı ümumi vəziyyət və AŞPA Monitorinq Komitəsinin Ukraynanın Rusiya Federasiyasına qarşı iddialarının qanuniliyi barədə hesabatı kontekstində yanvarın 27-də müzakirə ediləcək. Bu müzakirə əsasında Assambleya yanvarın 28-də Rusiya nümayəndə heyətinin mandatı ilə bağlı qərar qəbul edəcək.

Qeyd edək ki, AŞPA 2014-cü ildə Ukraynaya hərbi təcavüz və Krımın ilhaqı faktına görə Rusiya deputat nümayəndə heyətinin mandatını dondurmuşdu. Sanksiya yalnız 2020-ci ilin əvvəlində ləğv edilmişdi.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya bildirib ki, Rusiyaya qarşı sanksiya qərarırnın çıxarılmasının iki əsas səbəbi var. Bunlar ABŞ-da hakimiyyət dəyişikliyi və Rusiyada Aleksey Navalnının həbsi ətrafında cərəyan edən proseslərdir:

“ABŞ-ın rəhbərliyinə 2016-cı ilə qədər hakimiyyətdə olmuş insanlar qayıdır. Bu komandanın təsiri ilə AŞPA-da Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunub. Son vaxtlar Rusiya ilə AŞPA üzvü olan ölkələr arasında münasibətlərin yumşalması və dialoq meyilləri vardı. Amma indi proseslər köhnə məcrasına qayıdır. Ona görə də Rusiyaya qarşı yeni sərt siyasət həyata keçirilir. Digər tərəfdən, Navalnının həbsi ilə bağlı olaylar da bu qərarın qəbulunda mühüm rol oynayır. Əslində, AŞ PA hər bir ölkənin daxilində gedən proseslərə təmkinli yanaşmalıdır. Çünki dövlətlərin suveren işlərinə qarışmamaq prinsipi var. Vaxtilə Türkiyəyə qarşı belə münasibət göstərirdilər. 2016-cı ildə dövlət çevrilişinə cəhdlərlə bağlı aparılan həbslərin və məhkəmə işlərinin AŞ PA-nı narahat edirdi. İndi də Rusiyada gedən proseslər AŞ PA-dakı üzvlüklə ziddiyyət təşkil edir. Buna baxmayaraq, hər bir dövlətin daxili işlərinə qarışılmamaq hüququ var. Məsələn, Fransada baş verən hadisələrə, insan hüquqlarının pozulması və zorakılıq hallarına AŞ PA münasibət bildirmir”.

Ekspert hesab edir ki, bu qərarın Rusiyaya ciddi təsiri olmayacaq:

“Əvvəllər də Rusiya deputatlarının mandatı dondurulmuşdu. Onlar sessiyalarda iştirak etmirdilər. Lakin Rusiyanın xarici siyasətində heç nə dəyişmədi. Avropa ölkələri ikitərəfli münasibətlər mexanizmi qalır. Yəqin ki, Rusiya bundan istifadə edəcək. AŞ PA böyük siyasi oyun meydançası olmadığına görə dövlətlər özlərinin xarici siyasətini bu müstəvidə qurmur”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.