"NATO təşkilat kimi artıq yoxdur"-Makron

21-02-2021, 11:00           
"NATO təşkilat kimi artıq yoxdur"-Makron
Fransa Prezidenti Emmanuel Makron NATO ilə mübarizəni tənqid edərək bildirib ki, bu təşkilat artıq aktual deyil.
Cebhe.info xəbər verir ki, bu barədə Makron "Financial Times" qəzetinə müsahibəsində danışıb.

Makron xatırladıb ki, Şimali Atlantik Alyansı Varşava Müqaviləsi Təşkilatına alternativ olaraq yaradılıb.
"Bu təşkilat artıq yoxdur. Biz bəzən fəaliyyət göstərməyən bu təşkilatın ideologiyasına qarşı mübarizə aparırıq. NATO əslində, yoxdur, amma Avropanı parçalamaqda davam edir",-deyə Fransa lideri vurğulayıb.

Makron həmçinin BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətini də neqativ qiymətləndirib.
Qeyd edək ki, Makronun NATO-nu pislədiyi ilk dəfə deyil. Bir müddət əvvəl o bildirmişdi ki, NATO-nun "beyni ölüb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru