Erməni generalın Paşinyan və Sarksiyanla gizli danışığı yayıldı: “Mən sizin xidmətçiniz deyiləm”

3-03-2021, 12:12           
Erməni generalın Paşinyan və Sarksiyanla gizli danışığı yayıldı:
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Paşinyanın istefasını tələb edən general Onik Qasparyanın sabiq Prezident Serj Sarkisyanla telefon söhbəti yazılıb.

Cebhe.info xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazıb.

Qəzetin yazdına görə, Mill Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl Onik Qasparyanla Serj Sarkisyanın telefon danışığnı dinləyib:

"Səsyazısı yaxın zamanda ictimailəşdiriləcək".

Məlum olub ki, danışıq dekabrda olub, bu zaman Nikol Paşinyan Sünik (Zəngəzur-red.) səfər edibmiş. Serj Sarksiyana bildirilib ki, 19 dekabrda Onik Qasparyan Paşinyandan əvvəl bölgəyə gedib və vəziyyəti yoxlayıb. O zaman məlum olub ki, əhali Nikol Paşinyanı Sünikə buraxmayacaq.

“Buna görə də vəziyyətə ancaq hüquq mühafizə orqanlarının müdaxiləsi lazımdır. Serj Sarksiyana bu barədə məlumat verəndə, o, Baş Qərargah rəsinin üzərinə bu qədər aşağı vəzifəni götürməsinə təəccübləndiyini bildirib. Sarksiyann bu mövqeyi dərhal da Onik Qasparyana çatdırılıb və o, birbaşa Sarkisyana zəng edib və qəzəblə deyib: "Mənim bu səfərə heç bir aidiyyətim yoxdur. Mən bununla necə məşğul ola bilərəm ki?"

Onik Qasparyan o qədər qəzəbli olub ki, hətta Nikol Paşinyana da zəng edib və bildirib ki, onun xidmətçisi deyil. Təhlükəsizlik Xidməti bu söhbəti yazıb",-deyə nşr bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.