Xankəndi və 4 şəhərdə tikinti işlərini Azərbaycan aparacaq? - Erməni fondu Qarabağa dair proqramdan çəkildi

7-03-2021, 11:57           
Xankəndi və 4 şəhərdə tikinti işlərini Azərbaycan aparacaq? -
Ermənistanda fəaliyyət göstərən və ötən ilin sonunda “Qarabağda genişmiqyaslı şəhərsalma proqramı”nı icra etməli olan “Haystan” Ümumerməni Fondu Qarabağda tikinti işləri aparmaqdan geri çəkilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni saytları yazıblar.
Məlumatda deyilir ki, Ermənistan prezidenti Armen Sarkisyanla fondun rəhbəri Aykak Arşamyan arasında aparılan danışıqlar nəticə verməyib. Arşamyan isə mediyaya verdiyi açıqlamasında bildirib ki, rəhbəri olduğu fondun Qarabağda tikinti işləri aparmaq üçün pulu yoxdur.
Qarabağdakı erməni terrorçularının nümayəndəsi Artak Beqlaryan bu barədə danəşarkən qeyd edib ki, sözügedən fondun “bəzi problemləri” var. Lakin o, həmin problemlərin nədən ibarət olduğu barədə danışmayıb.
İstər Ermənistanda, istərsə də Qarabağdakı ermənilər arasında belə bir xəbər yayılıb ki, Xankəndi, Xocavənd, Ağdərə, Xocalı və Əsgəranda yeni şəhərsalma prosesini Azərbaycan həyata keçirəcək. Bununla bağlı, İrəvan və Bakı arasında prinsipial razılığın əldə edildiyi də deyilən xəbərlərin içində var. “Haystan” Fondunun geri çəkilməsi də bununla izah olunur.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan tərəfi Qarabağda tikinti işləri aparacağı, yeni şəhər tikəcəklərini bəyan etmişdi. Lakin bu məsələnin üzərindən susqunluqla keçildi.
Onu da bildirək ki, Azərbaycan tərəfi martın 20-dən etibarən Xankəndi və digər şəhərlərimizi elektrik enerjisi ilə təhciz etməyə başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.