İnterpolla aradığımız Araik Xocavəndin Qırmızı Bazar qəsəbəsinə gəldi...-FOTO

8-03-2021, 10:28           
İnterpolla aradığımız Araik Xocavəndin Qırmızı Bazar qəsəbəsinə gəldi...-FOTO
Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisindəki separatçı-terrorçu erməni rejiminin tör-töküntülərinin oyuncaq başçısı Araik Arutyunyan dünən – martın 7-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə gəlib.

Moderator.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.

Sakinlərlə mövcud problemləri müzakirə edən Araik qəsəbənin guya “qəhrəman erməni oğullarının şücaəti sayəsində müdafiə olunaraq” Azərbaycan ordusuna verilmədiyini bildirib. Separatçı rəhbər “sonrakı danışıqlar prosesində də “Qırmızı Bazarı unudun! Bu, istisna olunur” deyərək Qırmızı Bazarı bütün vasitələrlə əldə saxladıqlarını vurğulayıb.

P.S. Xatırladaq ki, Gəncəyə ballistik raketlər atılması əmrini birbaşa özünün verdiyini etiraf edən Araik Arutyunyan Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilib...

Qısa arayış:

Qırmızı Bazar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində qəsəbədir. Köndəlançayın (Arazın qolu) sahilindədir. Yaşayış ərazisi keçmişdə bazar yeri olmuşdur. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmısdır. Tədricən Mavaş, Sixtoraşen, Bilbilyak, Şəhər və Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.

Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.