Paşinyan bu gün istefa verə bilər – İrəvanda sular durulmur

8-03-2021, 15:38           
Paşinyan bu gün istefa verə bilər – İrəvanda sular durulmur
Parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan Baş nazir Nikol Paşinyana bu gün istefa verməyi təklif edib.

Marukyan erkən seçkilərin Paşinyanın istefasından sonra baş tuta biləcəyini bildirib.

“Paşinyan təklifimizlə razılaşsa, yəni Silahlı Qüvvələrin Baş Qərargahın tərkibinin dəyişdirilməsi təşəbbüsündən imtina edərsə, erkən seçki vədindən geri çəkilməsə, martın 8-də istefa verə bilər”, - fraksiya rəhbəri bildirib.

Siyasətçiyə görə, istefadan sonra 14 gün ərzində baş nazir seçilməsə, o zaman parlament buraxılacaq: “Yeni bir güc hakimiyyət formalaşdırmaq, ölkədə sülh, əmin-amanlıq və sabitlik yaratmaq üçün ən qısa müddətdə seçkilərə ehtiyacımız var”.

O, bundan əvvəl də Paşinyandan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini geri götürməsini təklif edib. “Maariflənmiş Ermənistan” baş nazirliyə öz namizədini irəli sürməyəcəyini bildirən bir memorandum imzalamağa hazırdır. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı verilir. Paşinyan martın 1-də keçirilən mitinqdə erkən seçki variantını müzakirə etməyə hazır olduğunu, lakin baş qərargah rəisinin vəzifəsindən getməli olduğunu söyləyib. (Teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru