Avropa Birliyi Gürcüstana rəsmi vasitəçi GÖNDƏRİR

9-03-2021, 09:05           
Avropa Birliyi Gürcüstana rəsmi vasitəçi GÖNDƏRİR
Avropa Birliyinin (AB) Prezidenti Şarl Mişel, AB-nin Yüksək Nümayəndəsi Jozeg Borrell ilə razılaşaraq, Gürcüstana rəsmi vasitəçi olaraq Kristian Danielsonu göndərir.

Publika.az xəbər verir ki, bu barədə məlumat az əvvəl AB prezidentinin rəsmi saytında dərc olunub.

Bildirilir ki, K.Danielsonun yaxın günlərdə Gürcüstana gələcək. Onun səfərinin əsas məqsədi Gürcüstanda siyasi partiyalar arasında dialoqu bərpa etmək olacaq. Mövcud siyasi gərginliyi aradan qaldırmaq üçün AB-nin Gürcüstandakı səfiri Karl Hartzel ilə birlikdə tərəflər arasında vasitəçilik etməyə çalışacaq.

Məlumat üçün bildirək ki, AB prezidenti Ş. Mişel 28 fevralda Gürcüstana gəldi. Aralarında gərginliyin höküm sürdüyü iqtidarla müxalifəti 1 martda bir araya gətirərək toplantı keçirdi və tərəflərin razılaşması lazım olan 6 maddəlik bir çərçivə təqdim etdi. 16 mart tarixində isə Brüsseldə iqtidarla müxalifətin görüşünün baş tutması gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.