Poroşenko da Putinin "xaç atası" kimidir - Mendel

9-03-2021, 09:33           
Poroşenko da Putinin "xaç atası" kimidir - Mendel
Zelenskinin sələfi Pyotr Poroşenko Ukrayna üçün faydalı bir şey etməyib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel çıxış edib.

Y.Mendel Poroşenkonun yalnız ittihamlarla məşğul olduğunu söyləyib: "Dəhşətli, çox çirkli alətlərdən istifadə edir, təhlükəlidir".

O, Poroşenko ilə Putinin "xaç atası" - deputat Viktor Medvedçukun eyni olduqlarını, ölkəni bölməyə çalışdıqlarını qeyd edib:

"Poroşenkonun dövründə bənzər tendensiyaların çoxunu gördüm. Eyni şəkildə davranırlar, ölkənin birliyinə heç bir şəkildə təsir etmirlər, işğal altında olan ərazilərimizin geri qaytarılmasına kömək etmirlər. Poroşenkonun yenidən Ukrayna prezidenti olmaq şansına inanmıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru