Separatçı generaldan növbəti hədsizlik... - “Ən azı, keçmiş DQMV-nin sərhədlərini bərpa edəcəyik...”
23-03-2021, 10:05
“Artsax problemi hələ həll olunmayıb. Mən, ən azı, Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki sərhədlərinin bərpa olunacağına əminəm...”
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu həyasız ifadələri Xankəndindəki separatçı-terrorçu rejim qalıqlarının “təhlükəsizlik katibi” adlanan general-mayor Vitali Balasanyan dilə gətirib. “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Azərbaycan Artsaxa bir daha müdaxilə etməyə çalışarsa, adekvat cavab verəcəyik” –deyə V.Balasanyan əlavə edib. Xatırladaq ki, bundan əvvəl terrorçu və işğalçı xislətli bu erməni general Ermənistan ordusunun qarabağdan çıxarılması xəbərinə sərt reaksiya verərək “Ermənistan sakinlərinin Qarabağda xidmətə davam edəcəklərini” bildirib.
P.S. Sözsüz ki, 10 Noyabr razılaşmasından bəri dəfələrlə Azərbaycana qarşı sərt çıxışlar edən bu separatçı erməni generalın arxasında duran olmasa, o bu dərəcədə sərt danışmağa cürət etməz...