Azərbaycan İsrail və İran arasında vasitəçi olur? – Nazir açıqladı

6-04-2021, 07:58           
Azərbaycan İsrail və İran arasında vasitəçi olur? –
"Biz regional və qlobal səviyyələrdə həmişə təhlükəsizlik və əməkdaşlığa töhfə verməyə hazırıq" - Azərbaycan XİN rəhbəri.
"Biz Yaxın Şərq regionunda vəziyyətin inkişafını diqqətlə izləyirik. Biz həmişə sülh və sabitliyin bərqərar olmasına çağırış edirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin "Israel Hayom" nəşrinə müsahibəsində "Siz Azərbaycanın İsrail və İran arasında vasitəçilik imkanlarının olmasına inanırsınızmı?" sualını cavablandırarkən bildirib.

"Biz qəti şəkildə əminik ki, bu, bütün regionun inkişafı və çiçəklənməsinə töhfə verəcək. Biz regional və qlobal səviyyələrdə həmişə təhlükəsizlik və əməkdaşlığa töhfə verməyə hazırıq", - deyə nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru