Kravçuk: İstefa verəcəm, ancaq Minskə getməyəcəm!

7-04-2021, 09:10           
Kravçuk: İstefa verəcəm, ancaq Minskə getməyəcəm!
Zərurət yarandığı təqdirdə belə Donbas danışıqları ilə bağlı Minskə getməyəcəyəm.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

“Minsklə heç vaxt razılaşmayacağıq. Əgər danışıqlar üçün yenə Minsk təklif olunsa, bundan imtina edəcəyəm və postumu da tərk etməyə hazıram”, - deyə Kravçuk bildirib.

Siyasətçi fikrini belə əsaslandırıb ki, hazırda Ukrayna Belarusu demokratik və müstəqil dövlət hesab etmir:

“Belə ölkəni danışıqlar meydanı üçün uğurlu saymaq mümkün deyil. Belarus Rusiyadan asılıdır”.

Kravçuk Minskə alternativ kimi Polşa, yaxud digər bir demokratik ölkədə danışıqlar aparmağın mümkünlüyünü bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov da danışıqların Misnkdə davam etdirilməsinə qərar veriləcəyi halda Kiyevin bundan imtina edəcəyini açıqlamışdı. Buna səbəb kimi Belarusun Rusiyanın təsir dairəsində olması göstərilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru