ABŞ İran əleyhinə bəzi sanksiyaları ləğv etməyə hazırdır

8-04-2021, 06:03           
ABŞ İran əleyhinə bəzi sanksiyaları ləğv etməyə hazırdır
Birləşmiş Ştatlar İranın Nüvə Müqaviləsi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına zidd olan sanksiyaları ləğv etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlayıb.

Onun sözlərinə görə, sanksiyalar məsələsi açıq qalır.

"Biz Nüvə Müqaviləsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış üçün lazımi addımlara, o cümlədən sanksiyaların ləğvi yolu ilə təşəbbüsə hazırıq, hansılar ki, fəaliyyət planına uyğun deyil", - o deyib.

Diplomat həmçinin qeyd edib ki, İran sazişinin icrası üzrə konstruktiv danışıqlar Vyanada keçirilir. Amerika nümayəndə heyəti artıq Rusiyanın, Avropa Birliyinin və Çinin nümayəndələri ilə danışıb.

Daha əvvəl İran prezidenti Həsən Ruhani hökumətin növbəti iclasında bildirib ki, ABŞ tam həcmdə Birgə Hərtərəfli Fəaliyyət Planında iştirakını yeniləyən kimi İran nüvə sazişi üzrə öhdəliklərin icrasına qayıdacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru