Rusiyalı general Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb - "Onlar xalqı aldadırlar"

9-04-2021, 16:06           
Rusiyalı general Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb -
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov aprelin 8-də Bakıda İrəvana erməni əsirlərin gətirilməsinin gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırıb.

APA-nın məlumatına görə, Ermənistanın "Hraparak.am" saytının əməkdaşı İrəvanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin nə üçün qaytarılmadığı barədə sual verib.

Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Rüstəm Muradov “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi”, - deyə general-leytenant Bakı və İrəvana səfəri barədə söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru