ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb

13-04-2021, 07:56           
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb
Amerika qoşunlarının Əfqanıstandan çıxarılması planının müxtəlif versiyalarının hazırlanması başa çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ ordusunun baş qərargah rəisi general Ceyms Makkonvil təsdiqləyib.

General həmçinin ABŞ-ın Əfqanıstandakı hərbi kontingent komandanlığının amerikan qüvvələrinin mövcud razılaşmaların əksinə olaraq 1 may tarixinə qədər ölkəni tərk etməməsi halında başlaya biləcəyi radikal Taliban hərəkatının hücumlarına hazır olduğunu vurğulayıb. Bundan əlavə, general Əfqanıstanda həll üçün "bir növ siyasi razılaşma" tələb olunduğunu söylədi.

Xatırladaq ki, 29 fevral 2020-ci ildə sabiq prezident Donald Trampın rəhbərlik etdiyi əvvəlki ABŞ hökuməti və Taliban Dohada (Qətər) sülh müqaviləsi imzalayıblar. Razılaşmalara əsasən, Amerika Birləşmiş Ştatları, müttəfiqləri və koalisiya 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxarmalıdırlar. Taliban öz növbəsində Əfqanıstan ərazilərini ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə təhdid edəcək durumlar üçün istifadə etməyəcəklərinə zəmanət verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru