Rusiya AŞPA-ya niyə getmir?

13-04-2021, 08:54           
Rusiya AŞPA-ya niyə getmir?
Rusiya nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasına getməyəcək.
Bu barədə məlumatı aprelin 12-də nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy verib.
Onun dediyinə görə rusiyalı senator və deputatlar sessiyada “məsafədən” iştirak edəcəklər.
Millət vəkili Rusiya nümayəndə heyətinin Strasburqa getməməsinin səbəbini Fransada koronavirusa yoluxma hallarının artması və kommendant saatının mövcudluğu ilə izah edib.
O bunu da deyib ki, Rusiya prezidentinin parlamentə müraciətinə hazırlıqla bağlı görüləcək çox iş var.
AŞPA-nın sessiyası aprelin 19-da başlanır. Vladimir Putinin Dövlət Dumasına müraciəti aprelin 21-ə təyin edilib.
“Antirusiya qətnamələri” gözlənilir
Lakin Tolstoy bunu da bildirib ki, “AŞPA-da Rusiya üçün qeyri-məqbul ritorikası olan antirusiya hesabatlarının” sayı artır:
“Söhbət Krım tatarları, Navalnı, Rusiyada siyasi məhbuslar mövzusunda hesabatlardan gedir”.
Tolstoy güman etdiyini bidlirib ki, AŞPA-da bu problemlər barədə “Moskva üçün qeyri-məqbul traktovkada” qətnamələr qəbul olunacaq.
Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski də eyni qənaətdədir.
O deyib ki, AŞPA-da debatların yekunu olaraq müxalifətçi Aleklsey Navalnıya dair qətnamə qəbul olunacaq.
Slutski bildirib ki, bu qətnamənin mətni Rusiyanı “AŞPA-dan çıxmağa” da sövq edə bilər.
Navalnı söhbəti qaçılmazdır
AzadlıqRadiosu xəbər verir ki, AŞPA-nın qış sesssiyasında Navalnının məsələsi artıq müzakirə olunmuşdu.
Debatlar müxalifətçinin Rusiyada zəhərlənməsi və ona qarşı cinayət təqibinin başlanmasına həsr olunmuşdu.
Bu məsələ üzrə xüsisi məruzəçi də təyin edilmişdi. O AŞPA-nın yaz sessisyası üçün məruzə hazırlamalı idi.
Həmin vaxtdan keçən üç ayda Rusiya artıq Navalnını əmək-islah koloniyasına göndərib.
O şərti cəzanın qaydalarını pozmaqda ittiham edilirdi. Navalnı hazırda həbsxanada aclıq aksiyası keçirir və tibbi yardım tələb edir.
Anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.