Baş qərargah rəisi Gerasimov Ermənistanı Qafqazda əsas partnyorları adlandırdı

15-04-2021, 00:17           
Baş qərargah rəisi Gerasimov Ermənistanı Qafqazda əsas partnyorları adlandırdı
Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir".

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.

Sputnik Azərbaycan -yə istinadən bildirir ki, görüş Moskvada baş tutub.

"Sizi Moskvada salamlamaqdan məmnunam. Ermənistan Rusiyanın Qafqazda əsas tərəfdaşı və partnyorudur", - Gerasimov deyib.

O qeyd edib ki, ölkələr qarşılıqlı fəaliyyətlərini həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində möhkəmləndirirlər.

Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir".

"Biz Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində ixtisaslı kadrların yetişdirilməsini davam etdirirk", - deyən Gerasimov əlavə edib ki, koronavirus pandemiyası zamanı Ermənistanda Ermənistan SQ-nin hərbçilərinin müayinəsini də aparıblar. Ümumilikdə 22 min araşdırma aparılıb.

"Bu gün müdafiə sahəsində ikitərəfli qarşılıqlı əlaqələrin aktual məsələlərini müzakirə etmək imkanımız var", - Gerasimov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru