Lavrov Baydenlə Putin arasında görüşün nə zaman mümkün olacağından danışıb

28-04-2021, 06:24           
Lavrov Baydenlə Putin arasında görüşün nə zaman mümkün olacağından danışıb
ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında işlətdiyi qalmaqallı sözlərinə baxmayaraq, iki lider arasında görüşün keçirilməsi fikri Rusiyada hələ də müsbət qəbul edilir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Prezident Putinin ABŞ prezidentinin görüş keçirməklə bağlı təklifinə necə reaksiya verdiyini bilirsiniz: biz bunu müsbət qəbul edirik. Bu təşəbbüsün bütün aspektlərini başa düşməyə çalışırıq, hazırda da bunun araşdırılmasını aparırıq”, - Lavrov belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru