İranla nüvə razılaşması
3-05-2021, 00:09

İranla nüvə razılaşmasının 3 həftə ərzində uğurla başa çatdırılması hədəflənir.
SİA xarici mətbuata istinadən verdiyi məkumata görə, Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Vyana Ofisi yanında Daimi Nümayəndəsi Səfir Mixail Ulyanov, İran nüvə razılaşmasının tam həyata keçirilməsi və ABŞ-ın geri dönməsi ilə bağlı danışıqların doğru istiqamətdə getdiyini bildirib.
Rusiya səfiri bildirib: "Vaxt məhdudiyyəti yoxdur, lakin nümayəndələr arasındakı (razılaşma tərəfi) danışıqları təxminən 3 həftə ərzində uğurla başa vurmağı hədəflənir".
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi adından, AB katibinin müavini və AB Xarici İşlər Xidmətinin Siyasi direktoru Enrike Moranın rəhbərliyi ilə Hərtərəfli Birgə Fəaliyyət Planı (JAPP) Birgə Komissiyası Rusiya, Çin, Almaniya, İngiltərə, Fransa və İrandan yüksək səviyyəli nümayəndələr qatıldı.
AB Xarici Əlaqələr Xidmətinin Siyasi direktoru Mora "Twitter"də Vyanadakı danışıqların üçüncü həftəsinin başa çatdığını və tərəflərin gələn həftə yenidən bir araya gələcəyini söyləyib.
Danışıqlarda irəliləyişin orta səviyyədə davam etdiyini bildirən Mora, məsələlərin çox təfərrüatlı olmasının vəziyyəti çətinləşdirdiyini bildirdi.
Rusiyadan "İran və ABŞ ortaq bir dil tapmalıdır" mövzusunu vurğulayan Rusiyanın BMT-dəki Vyanadakı daimi nümayəndəsi səfir Ulyanov görüşün sonunda mətbuata açıqlama verərək ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı atılacaq addımların hələ yekunlaşmadığını və ekspert qrupları bu istiqamətdə işlərini davam etdiyini bildirdi. Müzakirələrin düzgün istiqamətdə getdiyini qeyd edən Ulyanov "Yeni bir nəticə gözləməməlisiniz. Davam edən bir prosesdir və doğru istiqamətdə irəliləyir. ABŞ və İranın ortaq bir dil tapması lazımdır. Edilməsi lazım olanı edəciyik".