Məşhur türk iş adamı sabiq səfirlə bağlı müraciət etdi

10-06-2021, 08:16           
Məşhur türk iş adamı sabiq səfirlə bağlı müraciət etdi
Türkiyəli məşhur iş adamı, doktor Zeynal Abidin Ərdəm Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, hazırda həbsdə olan Eldar Həsənovla bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, E.Həsənovun böyük bir haqsızlığa məruz qaldığını və hazırda səhhətinin yaxşı olmadığını vurğulayan Z.A.Ərdəm Prezident İlham Əliyevə məktubunda sabiq səfirin azadlığa buraxılmasını xahiş edib:

“Hörmətli Prezident, mən sizi həmişə ədalətli və böyük bir lider kimi tanımışam. Eldar çox xəstədir, onun əməliyyata ehtiyacı var. Qardaşı olaraq onun səhhətindən çox narahatam. Hər zaman sizə sadiq qalan Eldarın qayğısına qalmağınızı və sərbəst buraxılmasını xahiş edirəm".

Həmçinin, iş adamı ölkə başçısından E.Həsənovun Türkiyədə əməliyyat olunmasına və son illərdə Türkiyədə olan ailəsinin yanında yaşamasına şərait yaradılmasını xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru