Ter-Petrosyan: “Rus sülhməramlıları gedən kimi, Qarabağda bir erməni qalmayacaq ”

10-06-2021, 15:43           
Ter-Petrosyan:
“Əgər rus sülhməramlıları Qarabağ tərk etəsələr, orada bir nəfər erməni belə qalmayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, ermənilərin 95 faizi hesab edir ki, ruslar Qarabağdan 5 il sonra çıxacaqlar. “Belə bir şey yoxdur. Sənəddə hər şey açıq şəkildə göstərilib. Orada sülhməramlıların müddətinin uzadılması bəndi elə vaxtı uzatmaq üçündür. Onlar getmək fikrində deyillər. Ruslar ona görə gəlməyiblər ki, əllərini yuyub, sonra da çıxıb getsinlər”.

Ter-Petrosyan daha sonra deyib ki, Rusiya ilə nəqliyyat dəhlizinin açılması olduqca vacibdir. O qeyd edib ki, istənilən tərəf “nəqliyyat dəhlizi” sözünü istədiyi kimi oxuya bilər. “Azərbaycan Naxçıvana çıxış üçün cəhd edir. Ermənistan isə Rusiyaya yol axtarır. Burada izah olunmayan nə var? Məgər Ermənistana Rusiyaya çıxış üçün etibarlı yol lazım deyilmi? Heç bilirsiz ki, Gürcüstan yolları nə vəziyyətdədir? Azərbaycanla yolumuz isə bağlıdır. Əgər belə bir imkan yaranarsa, bu, Ermənistan üçün çox uğurlu və gözəl bir şans olacaq”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.