Jirinovski də azərbacanlını öldürən polisi müdafiə etdi: “AZƏRBAYCAN DEPUTATLARI NİYƏ QARIŞIRLAR?”

11-06-2021, 00:09           
Jirinovski də azərbacanlını öldürən polisi müdafiə etdi:
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.

Teref.az axar.az-a istinadən xəbər verir ki, Jirinovski Azərbaycanın millət vəkillərini də tənqid edib.

“Novosibirsk vilayətində polis təsadüfən yol hərəkəti qaydasını pozan birini yaxalayan zaman qətlə yetirib. Azərbaycan parlamentinin deputatları hansısa etiraz təşkil edirlər. Sizin nə işinizə qalıb? Əgər Azərbaycan nümayəndələri, sakinləri üçün burada nəsə qaydasında deyilsə, qoy evlərinə getsinlər”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin Rusiya liderinə müraciət imzalamasına səbəb olmuşdu.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.