ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq

13-06-2021, 07:01           
ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq
ABŞ 2030-cu ilə qədər nüvə silahlarının yerləşdirildiyi strateji aviasiya bazalarının sayını ikidən beşə çıxarmağı planlaşdırır.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Hazırda ABŞ HHQ-nin “B-52H Stratofortress”, “B-2 Spirit” və “B-1B Lancer” strateji bombardmançıları Maynot, Uaytmen, Barksdeyl, Elsuort və Dayess aviabazalarında yerləşdirilib.

Bunlardan yalnız Maynot və Uaytmendəki aviabazalarda nüvə bombaları və nüvə başlıqlı qanadlı raketlərin saxlandığı anbarlar var. Bu cür aviabazaların sayı həmçinin ABŞ HHQ-nin silahlanmasına “B-21 Raider” strateji bombardmançılarının daxil olması ilə əlaqədar artırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru