“Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” - Poqosyan

14-06-2021, 14:42           
“Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” - Poqosyan
Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan Ərdoğanın Şuşaya səfəri günü Ermənistanın bütün prezidentlərinin Xankəndində olması təklifini verib.

KONKRET.az xəbər verir ki, Poqosyan bildirib ki, Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və Armen Sarkisyan həmin gün Xankəndidə olmalı və dünya ermənilərini vahid siyasi millət olmağa çağırmalıdır: “Bu sizə romantika kimi təsir bağışlamasın. Çünki heç kim bizə ölkəmizin təhlükəsizliyini hədiyyə etməyəcək. Hədəf varsa, onu həyata keçirənlər olacaqdır. Əlimizi əlimizin üstündə qoyub oturmaqla təhlükəsizlik əldə edə bilməyəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru