R.T.Ərdoğanın Şuşa səfəri

15-06-2021, 00:06           
R.T.Ərdoğanın Şuşa səfəri
Nəhayət ,məlum oldu ki,Türkiyə Prezidenti R.T.Ərdoğanın yaxın günlərdə Şuşaya səfəri baş tutacaq.R.T.Ərdoğanın Şuşa səfərinin mahiyyətinə diqqət yetirsək özündə bir çox strateji və ciddi məsələləri ehtiva edir.Mahiyyətcə,Ərdoğanın Bakıda olması adi və təbii görsənə bilər.Amma Şuşa şəhərində olmasının mahiyyəti tamam başqa bir şeydir.İlk öncə məsələyə tarixi aspektdən yanaşsaq görərik ki,tarixdə ilk Türkiyə Prezidentidir ki,R.T Ərdoğan Qarabağa və Şuşaya səfər edir.Və bu tarixdə belə də qalacaq.Digər tərəfdən məsələnin siyasi tərəfini və bu günün gələcəyi prizması baxımından yanaşsaq bu səfər çox mühüm səfərdir.Şübhəsiz ki,Ərdoğanın Şuşa səfəri istər Qərb olsun,istər region dövlətləri olsun ,hesab edirəm ki,onları dərindən və ciddi narahat eləməyə bilməz.Region dövlətlərindən Rusiya və İran şübhəsiz ki,təşviş içindədir.Qərb dövlətərindən baxmayaraq ki,Türkiyə NATO müstəvisində Qərbin müttəfiqidir ,amma, eyni zamanda ,bu da faktdır ki,son illərin və bu günün Türkiyəsi Qərbin onun qarşısında qoyduğu qırmızı xətti çoxdan pozub və konkret olaraq fövqəlgüc olma yolunda hər mənada mübarizə aparır.Bu baxımdan Birləşmiş Ştatalar başda olmaqla Qərb mahiyyət etibarı ilə Rusiya və İran qədər ciddi təşviş içində olmasalar da ,eyni zamanda bu məsələyə ciddi qısqançlıqla yanaşmaları şübhəsizdir.Bütün bunlara baxmayaraq,kim nə deməyindən asılı olmayaraq,Türkiyə artıq Güney Qafqazda de fakto mövcuddur.Ümumiyyətlə,bütün bunların fövqündə Ərdoğanın Şuşa səfərini xarakterizə elədikdə ,istər təsadüfdən ,istər zərurətdən olsun ,vaxt baxımından da səfəri önəmli hesab eləmək olar.Çünkü Ermənistanda seçki öncəsi Qarabağ klanının siyasi reytinqinin artdığı bir vaxtda bu səfərin həmdə böyük bir önəmi var.Digər tərəfdən Türkiyə Prezidenti R.T.Ərdoğanın Şuşa səfərinə başqa prizmadan baxsaq belə bir qənatə də gəlmək olar.Bildiymiz qədər Şuşada böyük bir müqavilənin imzalanması gözlənilir.Eləcə də digər müqavilələrə imzalancaq.Hesab edirəm ki,çox güman ki,böyük büqavilə deyilən bu müqavilə Şuşanın təhlükəsizlik baxımından bağlı bir müqavilə ola bilər,hər halda.İstisna hal kimi başqa hərbi müqavilələr də ola bilər.Hesab edirəm ki,istər iqtisadi müqavilə olsun ,istər hərbi müqavilə olsun,mahiyyət etibarı ilə bütün bunlar həmdə o deməkdir ki,Şuşa artıq mədəni şəhər statusu ilə yanaşı həmdə siyasi şəhər statusu alır.Yekunda düşünürəm ki,R.T.Ərdoğanın Şuşa səfəri Qarabağın təhlükəsizliyindən tutmuş ,ermənilərin Xankəndində yaşamaq eşqini öldürəcək qədər ciddi məsələdir.

Şahin Bəkirli,

Bütöv Azərbaycan Ocaqları (BAO) Siyasi Analitik Mərkəzin əməkdaşı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.