Nikoldan şok: Mina xəritələrini Rusiya vasitəsilə vermişik

15-06-2021, 00:02           
Nikoldan şok:
Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan hakimiyyəti minalanmış ərazilərin xəritəsini Rusiya sülhməramlı kontingentinin vasitəsilə verdi.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Artaşat şəhərindəki mitinqdə çıxışı zamanı deyib.
“Bəzi müxalifət nümayəndələri və KİV mina xəritələrinin mövcudluğunu Rusiyadan gizli saxladığımızı söyləyirlər. Bu, tamamilə absurddur, çünki buna qədər biz Azərbaycana minalanmış ərazilərin kiçik xəritələrini vermişik, bunu da Rusiya sülhməramlıları vasitəsilə etmişik”, - Paşinyan bildirib.
Paşinyan onu da əlavə edib ki, Rusiya Azərbaycanda olan erməni hərbçilərinin qaytarılmasında vasitəçilik səylərini davam etdirir:
“Rusiyanın səyi nəticəsində 50-dən çox əsirimiz qayıtdı”.
Qeyd edək ki, Ağdamın minalanmış ərazilərinin xəritəsini (97 min mina) Ermənistan Tiflisin vasitəşiliyi ilə Azərbaycana verib və 15 erməni diversantda Gürcüstan vasitəsilə qaytarılıb. Bununla bağlı Gürcüstan da rəsmi açıqlama ilə çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru