"ABŞ-la münasibətləri köklü şəkildə yaxınlaşdırmaq lazımdır" - Yair Lapid

15-06-2021, 07:05           
"ABŞ-la münasibətləri köklü şəkildə yaxınlaşdırmaq lazımdır" - Yair Lapid
"İsrail ABŞ Demokratlar Partiyası ilə əlaqələrini bərpa etməlidir".

Bizimxeber.az bildirir ki, bunu andiçmə mərasimində yeni xarici işlər naziri Yair Lapid deyib. Onun fikrincə, ABŞ-ın mövcud hakim gücü ilə münasibətlərin korlanmasında əvvəlki hökumət günahkardır.

"Gedən hökumət, yalnız Respublikaçılar Partiyası ilə əlaqələr quraraq İsrailin ABŞ-ın hər iki siyasi qüvvəsi ilə siyasətini unudaraq, çox ehtiyatsız davranıb. İndi Demokrat Partiya hakimiyyətdədir və onlar bizə qəzəblidirlər. Hesab edirəm ərəb ölkələri ilə əlaqələri gücləndirmək lazımdır - həm köhnə müttəfiqlərlə (İordaniya və Misir), həm də yenilərlə (Əmirliklər və Bəhreynlə).

Xatırladaq ki, 2021-ci ilin martında İsraildə keçirilən seçkilərdə Binyamin Netanyahunun Likud partiyası yenidən ən çox səs topladı, lakin rəqibləri koalisiyaya qoşularaq səslərin çoxunu qazandı. Nəticədə, İsraildə uzun illərdən bəri ilk dəfə hökumət dəyişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru