Azərbaycanla İran arasında yeni körpü tikiləcək: 4.5 milyon avro...

20-06-2021, 21:39           
Azərbaycanla İran arasında yeni körpü tikiləcək:
İran və Azərbaycan arasında Astaraçay üzərində 1 il ərzində körpünün inşa olunması qərara alınıb.

Manevr.az bildirir ki, bunu trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, iyunun 9-da iki ölkə arasında Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün tikilməsi haqqında memorandum imzalanıb.

İran səfiri qeyd edib ki, hazırda çay üzərindəki körpü 2-ci Dünya Müharibəsi dövrünə aiddir. Bütün yükdaşımalar bu körpünün üzərindən həyata keçirilir və yeni körpünün istifadəyə verilməsi ilə köhnə körpüdən yükdaşıma azalacaq: "Körpünün inşasına təxminən 4,5-5 milyon avro vəsait xərclənəcək və iki ölkə tərəfindən birlikdə inşa olunacaq. Bu körpünün istifadəyə verilməsi ilə iki ölkə arasında ticarət dövriyyəsi, idxal, ixrac və tranzit artacaq.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən ilin martından bu ilin martına qədər İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi 587 milyon dollar dəyərində 1,02 milyon ton məhsul təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.