Erməni keşişləri Kəlbəcərdəki Xudavəng monastırını həmişəlik tərk etdi
22-07-2021, 20:32

Erməni keşişləri işğal illərində zəbt etdikləri Xudavəng alban monastırını həmişəlik tərk etdilər.
Kəlbəcərdəki qədim alban kilsəsi olan Xudavəng monastırını rayonu işğal edəndən sonra ermənilər “qədim erməni kilsəsi” adlandırıb oranı öz adlarına çıxırdılar.
Teref.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva yazır. Daha sonra politoloq yazır:
2020-ci ilin noyabrında Kəlbəcər rayonundan Ermənistan işğalçı qüvvələri çıxarılanda monastırın erməni dindarlar üçün açıq olmasına şərait yaradılması barədə Rusiya Azərbaycana müraciət etmişdi.
Bu müraciəti nəzərə alan Azərbaycan tərəfi Xudavəngdə bir neçə erməni keşişinin xidmət etməsinə razılıq vermişdi.
Rusiya sülhməramlı kontintentindən monastırın mühafizəsinə bir bölük əsgər , 2 BTR ayrmışdı.
Lakin daha sonra Xudavəngdəki erməni keşişləri və sülhməramlılar Azərbaycanın udi icmasının nümayəndələrinin monastırda sərbəst ibadət etməsinə maneələr yaratmağa başladılar.
Eləcə də bəzi hallarda monastıra azərbaycanlı jurnalistlər buraxılmamışdı.
Prosesin pik nöqtəsi isə heç şübhəsiz Kəlbəcərdə mina basdırılmasında erməni keşişlərinin iştirakı faktı oldu.
Kəlbəcərdə işlək yollarda mina partlamasından sonra sosial medianın erməni siqmentində bu işdə onların əli olmasına eyham vuran paylaşımlar, fotolar və s. oldu.
Bir sözlə, Azərbaycan Kəlbəcərdə “qədim erməni kilsəsi” adı altında hansısa anklavın mövcudluğuna son qoyub.
Yeganə Hacıyeva
Teref.az