Rusiyanı çıxılmaz vəziyyətdən çıxaracağıq - Ukrayna

22-08-2021, 10:25           
Rusiyanı çıxılmaz vəziyyətdən çıxaracağıq - Ukrayna
Krım platforması zirvəsi Rusiya tərəfindən işğal edilmiş Krımla bağlı vahid beynəlxalq mövqenin inkişaf etdirilməsinə yönəlib. Sammitin məqsədi Moskvanı Krımdan çıxarmaqdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba Krım zirvəsinə bir çox iştirakçının gələcəyini və bunların hamısının Krım platformasının daha da aktiv işləməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb:

"Bu mexanizm Kremlə təzyiqi artıracaq. Rusiyanı çıxılmaz vəziyyətdən və Krımdan çıxaracağıq. Bu siyasətdir. Siyasətdə həmişə iki seçim var: ya oturub heç nə etmirsən, ya xoruzun banlamasını gözləyirsən, ya da xoruzun banlamasına kömək edəcəksən. Mümkün olan hər şeyi edəcəyik. Və hamısı budur! Bu, tarixin sübut etdiyi bir strategiyadır".

Qeyd edək ki, Krım platforması avqustun 23-də Kiyevdə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru