Blinken: “Vaşinqton Ukraynaya dəstək verəcək”

14-09-2021, 08:43           
Blinken: “Vaşinqton Ukraynaya dəstək verəcək”
“Vaşinqton Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini tam yerinə yetirmək niyyətindədir”,

“Report” xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibi Entoni Blinken Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda bildirib.

Konqresmen Brayan Fitzpatrik Blinkendən soruşub ki, Vaşinqton rəhbərliyi Rusiyanın təcavüzü halında Ukraynadakı və Çinin təcavüzü halında Tayvandakı dostlara dəstək vermək üçün əlindən gələni etmək niyyətində olduğunu təsdiq edə bilərmi?

“Bəli. Tayvan və Ukrayna qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik”-deyə, Blinken sualı cavablandırılb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru