“Qarabağı “abxaz”laşdırdıqdan sonra Rusiya Belarusa yönəldi...”

14-09-2021, 17:42           
“Qarabağı “abxaz”laşdırdıqdan sonra Rusiya Belarusa yönəldi...”
“Paşinyan hökumətinin proqramını, siyasətini tənqid edirik və proseslərə təsir etməyə çalışırıq. Buna təsir etmək ümidi olduğu müddətcə biz bir Avropa partiyası olaraq bu prosesdə qalacağıq. Çünki onun alternativi yeni xaosdur”.

Moderator.az xəbər verir ki, bu fikirləri qəsbkar Ermənistanın “Qraparak” nəşrinə müsahibəsində Ermənistan Avropa partiyasının sədri Tiqran Xzmalyan söyləyib.

“Və bu prizmadan sizə deyirəm. Qarabağı “abxaz”laşdırdıqdan sonra Rusiya Belarusa yönəldi. Və biz bu prosesi görürük. Bu səbəbdən Putin Köçəryanı və partiyadaşlarını Moskvaya dəvət etdi. Ölkəmizi gözləyən bax, budur”- deyə erməni partiya lideri açıqlamasının ardında deyib.

Qeyd edək ki, Tiqran Xzmalyan Qərb meyilli siyasətçi sayılsa da, Putin rejiminin əleyhinə olsa da, elə ilk günlərdən N.Paşinyanın siyasəti ilə razılaşmır və hesab edir ki, 2018-ci ildəki “məxməri inqilab” əslində Ermənistanda Rusiyanın hakimiyyətini uzatmaq üçün Moskva “çekist”ləri tərəfindən qurulmuş oyun olub. Yəni guya Paşinyan əvvəldən Rusiyaya, Putinə işləyir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.