SON DƏQİQƏ: “İran Azərbaycanın yük maşınları üçün tranzit vergisini artırır ?”

15-09-2021, 00:00           
SON DƏQİQƏ: “İran Azərbaycanın yük maşınları üçün tranzit vergisini artırır ?”
İran mətbuatı ölkə hakimiyyətini Azərbaycan daşıyıcıları üçün tranzit vergisini artırmağa çağırıb.

İranın “Cavan” qəzeti “İrandan Qafqaza gedən kommunikasiya yolunda Bakının cinayəti” adlı məqalə dərc edib.

Əvvəldən-axıra qədər ölkəmizə qarşı qərəzdən ibarət olan məqalədə Ermənistanın guya Azərbaycana qarşıbütün təzyiq rıçaqlarından əl çəkdiyi, lakin rəsmi Bakının yeni problemlər yaratmağa çalışdığı vurğulanıb. Məqalədə Azərbaycanın ciddiliyini sübuta yetirmək üçün Gorus-Qafan yolunu iki gün bağlı saxladığı da əks olunub.

Sözügedən məqalədə həmçinin Azərbaycanın Gorus-Qafan yolunda keçid məntəqəsi yaratdığı, lakin nə Ermənistan rəsmilərinin, nə də İran Xarici İşlər Nazirliyinin problemi aradan qaldırmaq üçün xüsusi bir addım atmadığı qeyd edilib.

Məqalədə vurğulanır ki, Bakının məqsədi İranın Ermənistan ərazisindən tranzit üçün istifadəsinin qarşısını almaqdır. Ona görə də, İran Naxçıvan-Biləsuvar yolundakı üstünlüyündən düzgün istifadə etməsə və yol vergisini qaldırmasa, o zaman Azərbaycan belə hərəkətlərini davam etdirəcək. KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru