Paşinyan Azərbaycana haqq qazandırdı

15-09-2021, 20:02           
Paşinyan Azərbaycana haqq qazandırdı
"Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir çox alt qatları və sətiraltı mənaları var. Bu hadisələri düzgün başa düşməyimiz və doğru təhlil etməyimiz çox vacibdir”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin dekabrında Ermənistan silahlı qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə qədər geri çəkilib. “Bu, yeni eskalasiyanın qarşısını almaq üçün edilib”.

Paşiyan qeyd edib ki, Ermənistan Azərbaycana Naxçıvanla əlaqə üçün Zəngəzur dəhlizindən keçid icazəsi vermədiyi üçün Gorus-Qafan yolunda Azərbaycan polisinin postu qurulub.

"Düşünürəm ki, müqavilənin mətnində xarici malların keçməsi ilə bağlı heç bir hal olmadığı üçün, Azərbaycan tərəfi bu mexanizmi tətbiq edir. 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda Ermənistan üzərindən dəhlizin verilməsi ilə bağlı bənd mövcuddur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru